Novruz bayramınız mübarək!

novruz-bayramiDostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə “Yeni uşaq mahnıları-2013” müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur.
Qalib mahnılardan biri bugünkü bayramla həmahəngdir. Bu Səadət Fərziyevanın “Xoş gəlmisən, Novruzum!” mahnısıdır. Görüntülər qala-konsertdən bir parçadır. İfaçılar isə Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivinin solistləridir.
Ümidvaram ki, mahnı bayram əhvalını yaradacaq. Hamınızın bayramı mübarək! VİDEO

16.03.2016