Bölmə: Layihələr

“Ekzit-poll” davam edir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 85 supervayzer, 600 intervüerin iştirakı ilə ölkə ərazisindəki 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı uğurla davam edir. Yerlərdən əldə etdiyimiz məlumatlara əsasən seçicilər sorğuda həvəslə iştirak edir, anonim şəkildə anketlərdəki sualları cavablandırırlar. Bu hal daha çox regionlarda nəzərə çarpır. Əvvəlki “Ekzit-poll” tədqiqatlarında olduğu kimi bu dəfə də Bakı seçiciləri ilə müqayisədə regionlarda yaşayanlar “Ekzit-poll” da daha fəal şəkildə iştirak edirlər. FOTOQALEREYA Davamı

11.04.2018

“Ekzit-poll” – 10:00

Aprelin 11-də saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 17,73%-i iştirak edib. FOTOQALEREYA Davamı

11.04.2018

ELS “Ekzit-poll” tədqiqatına hazırdır

Son hazırlıq işləri başa çatdı

Aprelin 10-da ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında 2018-ci il prezident seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində son təlimlər keçirilmişdir. FOTOQALEREYA Davamı

10.04.2018

Bolqarıstan müşahidəçiləri “ELS”ın Seçki Qərargahında olublar

Bu gün, aprelin 9-da Bolqarıstanın Azərbaycanda prezident seçkilərini müşahidə edən GİSDİ – Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü aprelin 11-nə təyin olunmuş prezident seçkilərində “Ekzit-poll” tədqiqatını həyata keçirəcək ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında olublar. FOTOQALEREYA Davamı

9.04.2018