“Ekzit-poll” – 10:00

Aprelin 11-də saat 8:00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud 118 seçki dairəsinin 300 məntəqəsində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib. Saat 10.00 olan məlumata görə, “ekzit-poll”da seçicilərin 17,73%-i iştirak edib. FOTOQALEREYA

Xatırladaq ki, hər məntəqənin çıxışında iki intevüer işləyir, məntəqədə səs verib çıxan seçici (seçicilərin sayına görə hər məntəqənin öz addımı var) tədqiqatda iştirak etmək üçün dəvət olunur və tam məxfi şəkildə anketdəki suallara cavab verir. Anonim şəkildə keçirilən sorğu prosesində anketlərə prezidentliyə namizədlərin siyahısı ilə yanaşı, bir sıra başqa suallar da daxil edilmişdir.

11.04.2018