“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatına başlayıb

Bu gün, aprelin 11-də ölkə ərazisində Prezident seçkiləri keçirilir. Saat 8:00-dan etibarən “ELS”Müstəqil Araşdırmalar Mərkəzi ölkə ərazisində mövcud  118 seçki dairəsinin 300 məntəqəsinin “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına start verib.

Gün ərzində, xüsusilə, saat 10:00, 13:00, 16:00, 19:00-da intervüerlər anketlərdəki  məlumatları “ELS”-ın Mərkəzi Qərargahına ötürəcək, yekun nəticə səsvermə başa çatdıqdan sonra açıqlanacaq.

Tədqiqatda “ELS”-in treninqlərində “Ekzit-poll”un keçirilmə qaydalarına

yiyələnmiş 85 supervayzer, 600 intervüer iştirak edir.

11.04.2018