Bölmə: Layihələr



“ELS” üç rayonda dəyirmi masa keçirəcək

els“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsini həyata keçirir. Davamı

7.06.2017


ELS layihəsini Bərdə və Ağdamda davam etdirib

2017.05.26ELS-Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəsinin növbəti mərhələsini Bərdə rayonunda həyata keçirib. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Bərdə rayonu İcra Hakimiyyəti, Bərdə Peşə Liseyi və Qorxmaz Eyvazov adına Laçın Peşə Məktəbi müəllim kollektivləri, peşə məktəblərinin məzunları ilə görüşlər keçirilib, onların fəaliyyətləri bağlı video və foto çəkilişlər aparılıb. Əlavə olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Azərixalça” İstehsalat Birliyində təkil olunmuş xalçaçılıq kursunda peşə məktəblərinin məzunlarının işi ilə tanış olaraq video və foto çəkilişlər həyata keçirilib. Həmçinin görüşlər zamanı peşə təhsilinə marağın artırılması, regionda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. FOTOQALEREYA Davamı

27.05.2017


ELS yeni layihəyə başladı

2017-05-23“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır. FOTOQALEREYA KİV Davamı

23.05.2017


“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurdu

25-11-2016Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirdi.  FOTOQALEREYA Davamı

25.11.2016


“İxtisas seçiminə ailənin təsiri və rolu” İTV-nin canlı efirində

2016-11-16“ELS”Müstəqil Araşdırmalar Mərkəzi “Açıq dərs” verilişində növbəti müzakirələri təşkil etdi

Noyabrın 16-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik”Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “İxtisas seçiminə ailənin təsiri və rolu” adlı mövzunun içtimai müzakirələrini keçirdi.”Açıq dərs” verilişinin canlı yayımında ekspertlər mövzu ətrafında maraqlı fikir və təklifləri ilə bölüşdülər. VİDEO Davamı

18.11.2016