“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2018-ci il Prezident seçkilərində “Ekzit-poll” (“Exit-poll”) tədqiqatına başlayıb. Aprelin 11-də respublikanın 118 seçki dairəsinin 300 məntəqəsində aparılacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı Mərkəzdə hazırlıq işləri, o cümlədən məntəqələr üzrə seçilmiş intervüerlər üçün treninqlərə hazırlıq və s. təşkilati işlər gedir. Davamı
Bölmə: Layihələr
Prezident seçkilərində “exit-poll” keçirmək istəyən 4 təşkilat qeydə alınıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 4 təşkilat qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasda qəbul edilib. Davamı
Prezident seçkilərində “exit-poll” keçirmək istəyən təşkilatların sənədlərinin qəbulu müddəti başa çatıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti bu gün başa çatıb. Davamı
ELS layihəsini uğurla davam etdirir
Bu dəfə “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusu ictimaiyyətin müzakirəsinə çıxarıldı
İyunun 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil etmişdir. FOTOQALEREYA Davamı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Bərdədə dəyirmi masa keçirdi
İyunun 13-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində dəyirmi masa keçirmişdir. FOTOQALEREYA Davamı


