ELS “Ekzit-poll” tədqiqatına hazırdır

Son hazırlıq işləri başa çatdı

Aprelin 10-da ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən Seçki Qərargahında 2018-ci il prezident seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində son təlimlər keçirilmişdir. FOTOQALEREYA

Mərkəzin sədri İradə Yaqubova səsvermə günü “Ekzit-poll”un əhatə etdiyi məntəqələrdən məlumatlar alacaq telefonçu və operatorlara görəcəyi işlər barədə məlumat verib, onların funksiyalarını, iş rejimini izah edib.

Xatırladaq ki, tədqiqat 85 supervayzer, 600 intervüerin iştirakı ilə 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında keçiriləcək. Hər məntəqənin çıxışında 2 intervüer işləyəcək, orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunub.

“Ekzit-poll”un yekün nəticələri seçki məntəqələri bağlanandan bir saat ərzində açıqlanacaq.

10.04.2018