“Ekzit-poll” davam edir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 85 supervayzer, 600 intervüerin iştirakı ilə ölkə ərazisindəki 118 seçki dairəsinin 300 məntəqəsinin çıxışında həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı uğurla davam edir. Yerlərdən əldə etdiyimiz məlumatlara əsasən seçicilər sorğuda həvəslə iştirak edir, anonim şəkildə anketlərdəki sualları cavablandırırlar. Bu hal daha çox regionlarda nəzərə çarpır. Əvvəlki “Ekzit-poll” tədqiqatlarında olduğu kimi bu dəfə də Bakı seçiciləri ilə müqayisədə regionlarda yaşayanlar “Ekzit-poll” da daha fəal şəkildə iştirak edirlər. FOTOQALEREYA

İntervüerlərin hər 1 saatdan bir qutuda toplanmış anketləri çıxararaq oradakı məlumatları sensorlu planşetdəki xüsusi proqrama daxil etmələri mərkəzin “Ekzil-poll” təcrübəsində elədiyi yenilikdir.

11.04.2018