“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaq İnternet Portalının yaradılması” mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır (4/5/69/42 saylı müqavilə). Layihənin həyata keçirilməsi cari ilin 15 sentyabr – 15 dekabr ərzində nəzərdə tutulmuşdur.
Bölmə: 2011
Mətbuat Konfransı keçirildi 23 iyun 2011
Cari ilin iyunun 23-də “Trend” Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Ərzaq Təhlükəsizliyi ilə bağlı mətbuat konfransını keçirtdi. Mətbuat konfransında bir çox mətbu orqanların nümayəndələri iştirak etdilər.Konfransı giriş sözləri ilə açan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirdi ki, cari ilin 22-23 iyun tarixində Parisdə “Böyük iyirmilik (G20)” sammiti çərçivəsində ilk dəfə olaraq kənd təsərrüfatı nazirlərinin görüşü keçirilir. Görüşün məqsədi ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsidir.press ELS-az kiv Davamı
Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayında ictimai əsaslarla start verdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin növbəti mərhələsində 2011-ci il 24 may tarixində «Caspian Plaza» Biznes mərkəzinin konfrans zalında “Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Ölkə başçısına müraciət təqdim olundu
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində fevralın 11-də keçirilmiş “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada qəbul olunan Müraciət aprelin 6-da Prezident İlham Əliyevə təqdim olundu. Müraciət rəsmi qurumlar, təşkilatların təmsilçiləri, tanınmış incəsənət xadimləri tərəfindən imzalanmışdır.
“Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatı keçirildi
Fevralın 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatını keçirmişdir. Layihənin məqsədi, gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında dəstək olmaqdır.



