İşçi qrupun incəsənət bölməsinin ilk iclası keçirilmişdir

1“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaq İnternet Portalının yaradılması” mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır (4/5/69/42 saylı müqavilə). Layihənin həyata keçirilməsi cari ilin 15 sentyabr – 15 dekabr ərzində nəzərdə tutulmuşdur.

Press-reliz-az

Layihənin məqsədi Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etməkdir.

Layihənin iş planına uyğun ilkin mərhələdə işçi qrup formalaşdırılır. Bu qrup incəsənət, texniki və ekspertlər bölmələrindən ibarət olacaq. Portalın İncəsənət Bölməsinin İşçi qrupunun ilk görüşü cari ilin 17 sentyabr tarixində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisində keçirilmişdir. Görüşdə işçi qrupunun rəhbəri Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov və qrupun üzvləri: əməkdar incəsənət xadimi və rejissor Ənvər Əbluç, İncəsənət Gimnaziyasının müəllimləri Rəssamlar İttifaqının üzvü Nizami Bəydəmirov və Əliheydər Şahbazov, Azərbaycan Dövlət Televiziyasının «Bənövşə» Uşaq xorunu və rəqs ansamblının bədii rəhbəri Zülfiyyə İbrahimova iştrak etmişlər.

Görüşdə Uşaq Portalı, onun strukturu ilə bağlı müzakirələr aparılmışdır. Portalın dizayn, tərkib və idarəedilmə məsələlərinə baxılmış və iş planı tərtib edilmişdir.

Mərkəzin mətbuat xidməti

17.09.2011