“Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatı keçirildi

dsc06456

Fevralın 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatını keçirmişdir. Layihənin məqsədi, gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında dəstək olmaqdır.

kiv 

press-reliz-az-11-02-2011

press-reliz-ru-11-02-2011

Müvafiq dövlət strukturları, görkəmli incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda keçirilən Dəyirmi Masada ilk araşdırmaların nəticələri təqdim olunmuşdur.

Tədbir iştirakçılarını layihə ilə tanış edən Mərkəzin rəhbəri İradə Yaqubova layihə çərçivəsində təşkilatın könüllüləri tərəfindən 2011-ci ilin yanvar ayında Bakı və ölkənin 6 regionunda rəy sorğusunun keçirildiyini dedi. Onun sözlərinə görə, sorğu zamanı incəsənətin rolu bütün yaş qruplarından olan respondentlər tərəfindən müstəsna rol kimi qiymətləndirilmiş, uşaqların təlim-tərbiyyəsində və formalaşmasında uşaq mahnılarının zəruri olduğu bildirilmişdir.

Maraqlı müzakirə və təkliflərlə yadda qalan Dəyirmi Masada qeyd olundu ki,  Azərbaycan bəstəkarlarının mahnılarının lazımı səviyyədə təbliğ olunmaması, yeni uşaq mahnıları yazılmaması səbəbindən bu boşluq xarici mahnılarla doldurulur. Bundan başqa, dünyanın bir çox ölkəsində uşaqlar üçün telekanallar fəaliyyət göstərir, amma Azərbaycanda bu məsələyə diqqət yetirən yoxdur. Ölkə ərazisində yayımlanan telekanallarda uşaqlarla bağlı siyasət demək olar ki, yox dərəcəsindədir. Telekanalların arxivində olan mili cizgi və bədii filmlərin sayı çox az olduğundan uşaqlar üçün ayrılan efir vaxtı bir qayda olaraq əcnəbi cizgi filmlərinin nümayişi lə doldurulur.

Qeyd edək ki, sonda tədbir iştirakçıları ölkə Prezidentinə bir sıra təkliflərlə müraciət qəbul etmişlər.


 

11.02.2011