Mətbuat Konfransı keçirildi 23 iyun 2011

Irada-Yagubova_Ezaq-tehlukesizliyiCari ilin iyunun 23-də “Trend” Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Ərzaq Təhlükəsizliyi ilə bağlı mətbuat konfransını keçirtdi. Mətbuat konfransında bir çox mətbu orqanların nümayəndələri iştirak etdilər.Konfransı giriş sözləri ilə açan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirdi ki, cari ilin 22-23 iyun tarixində Parisdə “Böyük iyirmilik (G20)” sammiti çərçivəsində ilk dəfə olaraq kənd təsərrüfatı nazirlərinin görüşü keçirilir. Görüşün məqsədi ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsidir.press ELS-az kiv

Məsələnin mürəkkəbliyi və çoxşaxəli olduğunu nəzərə alınaraq vətəndaş cəmiyyətinin fəal üzvləri (ərzaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən assosiasiyalar, ekoloqlar, kənd təsərrüfatı sahəsində çalışanlar, cəmiyyətin müxtəlif təmsilçiləri və s.) cari ilin avqust ayında Avropada Ərzaq Təhlükəsizliyi uğrunda Nieleni Forumuna toplaşacaqlar.

Sözü gedən mövzunun həyatımızda nə qədər böyük rol oynadığını, ümumilikdə isə ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin etdiyi qeyd edildi. Bildirildi ki, qlobal iqtisadi böhran şəraitində mövcud dünya ərzaq sisteminin təkmilləşdirilməyə və ya ümumiyyətlə dəyişilməyə ehtiyacı olduğu, artıq bir neçə il dövlət səviyyəsində dünyada müzakirə edildiyinə baxmayaraq, hələ də ciddi irəliləyişə nail olunmaması göz önündədir. O da deyd edildi ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən ərzaq istehsalının illik artımı 2030-cu ilə kimi kəskin aşagı düşəcək, belə halda dünya ölkələrinin milli təhlükəsizliyini təmin edən ərzaq təhlükəsizliyi məsələsi üzrə bir araya gəlmələri və bu məqsədlə dialoqların genişləndirilmələrinin zəruriliyi ön plana çıxır.

Mərkəzin sədri, Nieleni Forumunun Azərbaycan heyətinin təşkilatçısı İradə Yaqubova Azərbaycan ictimaiyyətinin də bu prosesə qoşulmağa dəvət etdi və ərzaq təhlükəsizliyinin təminatı istiqamətində Avropa ölkələrinin ictimaiyyəti ilə təcrübələr, üzləşdiyimiz problemlər, əldə edilən nailiyyətlərlə bölüşərək, daha da səmərəli fəaliyyət qurmaq imkanlarının yarandığını bildirdi..

Konfransda iştirak edən müxtəlif mətbu orqanların nümayəndələri mövzu ətrafında suallar verdilər və bütün suallar İ.Yaqubova tərəfindən ətraflı cavablandırıldı.

z3 z2

23.06.2011