Bölmə: Referendum 2009

Qeydə alınan təşviqat qruplarının sayı 3 oldu

Əvvəlcə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupu üçün Komissiyaya 880 imza vərəqində 44 000 imza təqdim olunub. İmzalardan 41 553-ü etibarlı, 2 447-si etibarsız sayılıb. Nəticədə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupu referendum üzrə təşviqat qrupu kimi qeydə alınıb. Davamı

31.01.2009

ABŞ səfiri Məzahir Pənahovla görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, səfir görüşdə Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. E. Dersi martın 18-də keçiriləcək referendumun hazırlanıb keçirilməsi ilə bağlı qurumun fəaliyyəti ilə maraqlanıb. Davamı

31.01.2009

Azərbaycan Milli Məclisinin daimi komissiyaları komitələrə çevrilir

Dəyişikliyə əsasən, Milli Məclisin daimi komissiyaları daimi komitələr adlandırılacaq. Bu məsələ “Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında” Referendum Aktı layihəsində də əksini tapıb. Konstitusiyanın Milli Məclisin işinin təşkilindən bəhs edən 92-ci maddəsinə edilən təklifdə qeyd olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır. Davamı

31.01.2009

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr aparılıb

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində keçirilən Monitorinq Komitəsinin (MK) iclasında Azərbaycanla bağlı müzakirələr aparılıb. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 45 dəqiqə çəkən müzakirələrdə MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda martın 18-də keçiriləcək referendum, Azərbaycanda xarici radiostansiyaların fəaliyyətin dayandırılması, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı məhkəmə iddiası və politoloq Zərdüşt Əlizadənin oğlunun həbsi ilə bağlı fikirlərini söyləyiblər. Davamı

31.01.2009

Azərbaycanda referendum keçirmək üçün 22 milyon 444 manat vəsait ayrılıb

Azərbaycanda martın 18-də referendumun keçirilməsi üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 22 milyon 444 manat vəsait ayrılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) maliyyə şöbəsinin müdiri Rasim Qasımovun verdiyi məlumata görə, həmin vəsait artıq Maliyyə Nazirliyi tərəfindən MSK-nın hesabına köçürülüb. R. Qasımovun sözlərinə görə, bu vəsait seçkilərin keçirilməsi üçün lazım olan bütün tədbirlərin gerçəkləşməsinə, həmçinin referendumla bağlı plakatların hazırlanmasına, seçki komissiyalarının üzvlərinin əmək haqlarının ödənilməsinə xərclənəcək. Davamı

28.01.2009