Azərbaycanda referendum keçirmək üçün 22 milyon 444 manat vəsait ayrılıb

Azərbaycanda martın 18-də referendumun keçirilməsi üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 22 milyon 444 manat vəsait ayrılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) maliyyə şöbəsinin müdiri Rasim Qasımovun verdiyi məlumata görə, həmin vəsait artıq Maliyyə Nazirliyi tərəfindən MSK-nın hesabına köçürülüb. R. Qasımovun sözlərinə görə, bu vəsait seçkilərin keçirilməsi üçün lazım olan bütün tədbirlərin gerçəkləşməsinə, həmçinin referendumla bağlı plakatların hazırlanmasına, seçki komissiyalarının üzvlərinin əmək haqlarının ödənilməsinə xərclənəcək.

Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsində referendumun keçirilməsi ilə bağlı vəsait nəzərdə tutulmadığından maliyyə büdcənin ehtiyat fondundan ayrılıb.

Mənbə: www.apa.az

28.01.2009