Qeydə alınan təşviqat qruplarının sayı 3 oldu

Əvvəlcə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, təşəbbüs qrupu üçün Komissiyaya 880 imza vərəqində 44 000 imza təqdim olunub. İmzalardan 41 553-ü etibarlı, 2 447-si etibarsız sayılıb. Nəticədə “Tərəqqi” referendum üzrə təşəbbüs qrupu referendum üzrə təşviqat qrupu kimi qeydə alınıb.

Daha sonra “Abad kənd” referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması məsələsinə baxılıb. N.Məmmədov bildirib ki, təşəbbüs qrupu üçün 865 imza vərəqində 43 250 imza təqdim olunub. Yoxlamalar nəticəsində imzalardan 38 709 imzanın etibarlı, 4 541 imzanın isə etibarsız olduğu aşkarlanıb. Nəticədə 1 nəfər əleyhinə olmaqla təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınmasından imtina edilib.

Beləliklə, qeydə alınan təşviqat qruplarının sayı 3-ə çatıb.

Mənbə: www.LENT.AZ

31.01.2009