Bölmə: Referendum 2009

Yerlərdə referendum üzrə 17 təşəbbüs qrupu qeydiyyata alınıb

İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) referendum üzrə 13 təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün müraciət edibBu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, müraciət edən təşəbbüs qruplarından hamısına imza vərəqələri verilib. Dairə seçki komissiyalarına (DSK) təşviqat aparmaq üçün müraciət edən təşəbbüs qruplarının sayı isə 116-dır: ”Bu, referendum üçün böyük rəqəmdir”. Həmin qruplardan 17-nin artıq qeydiyyata alındığını deyən M.Pənahov bildirib ki, digər təşəbbüs qruplarının da hamısına imza vərəqələri verilib.

Mənbə: LENT.AZ Davamı

28.01.2009

Referendumda iştirak etmək istəyən təşviqat qruplarının imza toplama kampaniyası fevralın 1-də başa çatacaq

Martın 18-də keçiriləcək referendumda təşviqat qrupu qismində iştirak etmək üçün imza toplama kampaniyası fevralın 1-də yekunlaşacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplanmış imzalar fevralın 1-i, saat 18.00-dan gec olmayaraq MSK-ya təqdim olunmalıdır. Müəyyən olunmuş müddətdən sonra təqdim edilən imzalar qəbul edilməyəcək. Bundan sonrakı mərhələdə isə imzalar yoxlanacaq və təşviqat qrupları qeydə alınacaq. Davamı

28.01.2009

MSK seçiciləri diqqətli olmağa çağırdı

MƏZAHİR PƏNAHOV: “MÜSTƏQİL ÖLKƏNİN VƏTƏNDAŞLARI SEÇKİ VƏ REFERENDUMLA BAĞLI ÖZ MƏSULİYYƏTİNİ BAŞA DÜŞMƏLİ, KİMƏ VƏ NƏYƏ İMZA VERDİKLƏRİNİ BİLMƏLİDİRLƏR”

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Təşəbbüs qrupu quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan da 43 min 881-i etibarlı sayılıb. 3 min 69 imza isə etibarsız hesab olunub. Bunlar, əsasən, bir nəfərin bir neçə şəxsin yerinə imza atması, məlumatların düzgün qeyd olunmaması ilə bağlı səhvlər olub. İclasda iştirak edən “Yeni Azərbaycan” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, MSK imzaları düzgün yoxlayıb və obyektiv qərar qəbul edib: “Biz imzaların toplanmasında səhvlərin olmamasına çalışırıq. Amma sözsüz ki, insan olan yerdə səhvlər də olur”. Davamı

28.01.2009

Məzahir Pənahov: “Maraqlı tərəflər imzaların yoxlanması prosesində iştirak edə bilərlər”

“Referendumla bağlı yaradılmış təşəbbüs qruplarının topladıqları hər bir seçici imzası Mərkəzi Seçki Komissiyasının ekspertləri tərəfindən ciddi şəkildə yoxlanılır. Bu prosesdə hər hansı qeyri-şəffaflıqdan söhbət gedə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bəyan edib. Onun sözlərinə görə, buna görə də təşəbbüs qrupları imza toplayarkən maksimum dərəcədə diqqətli olmalı və imza vərəqələrini qaydalara uyğun doldurmalıdırlar: “İmzaların yoxlanılması prosesi isə tam şəffafdır. Maraqlı tərəflərdən kim istəyirsə, bu prosesdə əvvəldən sona kimi iştirak edə bilər”. MSK sədri həmçinin, mətbuatı da bu prosesi izləməyə dəvət edib.

Mənbə: www.apa.az Davamı

28.01.2009

AŞ PA yanvarın 29-da Azərbaycanla bağlı müzakirələr aparacaq

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin yanvarın 29-da keçiriləcək iclasında Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr aparılacaq. Bu barədə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib. Onun sözlərinə görə, toplantıda Azərbaycanda mətbuat və söz azadlığının mövcud durumu, martın 18-də keçiriləcək referendumla bağlı müzakirələr aparılacağı gözlənilir…

Mənbə: www.apa.az Davamı

28.01.2009