Bölmə: Referendum 2009

Referendumu izləmək üçün seçki komissiyalarına 2580 nəfər müraciət edib

Martın 18-də keçiriləcək referendumu izləmək üçün seçki komissiyalarına bu günə qədər 2580 nəfər müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsindən məlumat verilib. Müraciətlərin 354-ü MSK-ya, 2226-sı isə dairə seçki komissiyalarına ünvanlanıb. Müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalanadək davam edəcək. MSK-ya müraciət etmiş şəxslər istənilən seçki dairəsində, DSK-lara müraciət edənlər isə müraciət etdikləri seçki dairəsinin ərazisindəki seçki məntəqələrində müşahidə aparmaq hüququna malik olacaqlar.

Mənbə: www.apa.az Davamı

17.02.2009

MSK Püşkatma Komissiyası yaradıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. Iclasda bu il martın 18-ə təyin olunmuş referendumda iştirak edəcək təşviqat qruplarına ayrılan pulsuz efir vaxtının bölgüsünün həyata keçirilməsi üçün Püşkatma Komissiyası yaradılıb. Komissiyaya MSK üzvləri Azər Tağıyev, Fuad Cavadov, Almas Qəhrəmanlı, MSK-nın şöbə müdirləri İradə Cavadova və Azər Sarıyev daxil edilib. Efir vaxtının bölgüsü üçün fevralın 18-də püşkatma keçiriləcək. Davamı

17.02.2009

AŞPA Azərbaycana müşahidəçilər göndərəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun dünən keçirilən iclasında Azərbaycanda keçiriləcək referenduma qurumun müşahidəçilərinin göndərilməsi barədə qərar qəbul edilib. “Azərbaycanda keçiriləcək referenduma az vaxt qaldığından, bununla bağlı Avropa Şurasının hər hansı xüsusi toplantısı olmayacaq. Büro qərara gəlib ki, böyük tərkibdə müşahidə missiyasına ehtiyac yoxdur, lakin Avropa Şurasının 10-a yaxın deputatı referendumu müşahidə edəcək” – deyə “Trend News”a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov bildirib: “Azərbaycan tərəfi heç vaxt Venesiya Komissiyasına qarşı çıxmayıb. Komissiyanın ekspertləri ilə məsləhətləşməliyik. Ancaq bu, Azərbaycan xalqının iradəsinə aid olan bir məsələdir və xalq martın 18-də fikrini və mövqeyini bildirəcək”.

Mənbə: www.apa.az

31.01.2009

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verəcək

AŞ PA Monitorinq Komitəsi Venesiya Komissiyasından Azərbaycanda keçiriləcək referendumla bağlı rəy verməsini xahiş edib. Bu barədə Monitorinq Komitəsinin yanvarın 29-da keçirilən iclasında qərar qəbul olunub. Referenduma çıxarılacaq Konstitusiya dəyişiklikləri paketi ilə əlaqədar Venesiya Komissiyasının rəyi Monitorinq Komitəsinin mart ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Davamı

31.01.2009

MSK Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib

Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin maarifləndirilməsi məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktını çap edib. MSK-nın mətbuat xidmətindən daxil olan məlumata görə, ilkin olaraq Referendum Aktı 1 milyon nüsxə nəşr edilib. 29 maddədən ibarət olan əlavə və dəyişikliklərdə Konstitusiyanın hansı maddəsinə hansı dəyişikliyin ediləcəyi göstərilib və əlavələr öz əksini tapıb. Referendum Aktı təşviqat materialı kimi küçələrə yapışdırılmaqla bərabər, həm də əhali arasında yayılacaq. Ehtiyac yaranacağı halda sonrakı mərhələdə əlavə nüsxələr də çap olunacaq. Davamı

31.01.2009