Bölmə: Referendum 2009

Avropa Şurası Azərbaycanda keçiriləcək referendumla bağlı gələn həftə qərar verəcək

Avropa Şurasının Azərbaycanda martın 18-də keçiriləcək referendumu müşahidəçilər vasitəsi ilə izləyib-izləməməsi barədə hələlik qərar qəbul olunmayıb. Bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Xüsusi nümayəndə deyib ki, Avropa Şurası bununla bağlı gələn həftə qərar qəbul verəcək. Davamı

28.01.2009

Azərbaycan referendumla bağlı Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək

Rəsmi Bakı “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi üzərində iş aparılması üçün Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, Azərbaycan tərəfi Referendum Aktı layihəsinin mükəmməl hazırlandığını, beynəlxalq qanunvericiliyin ciddi şəkildə öyrənildiyini əsas gətirərək, Venesiya Komissiyası ilə əməkdaşlığa lüzum görməyib. Qeyd edək ki, Venesiya Komissiyası müraciət olunduğu təqdirdə, rəy və hüquqi tövsiyələrini verir. Azərbaycan tərəfi isə hesab edir ki, Referendum Aktı layihəsi beynəlxalq standartlara uyğun hazırlandığından Venesiya Komissiyasının rəy və tövsiyəsinə ehtiyac yoxdur.

http://www.525.az/new/2009/01/27/read=39034 Davamı

28.01.2009

Naxçıvanda referendumla bağlı təşviqat qrupu yaradılıb

Naxçıvan MR-də də 18 mart ümumxalq referendumuna ciddi hazırlıq gedir.

Artıq referendumla bağlı təşviqat qrupu da yaradılıb. MR Mərkəzi Seçki Komissiyasının mətbuat və informasiya xidmətindən Lent.az-ın bölgə müxbirinə verilən məlumata görə, yeni yaradılan təşviqat qrupu Azərbaycan Naminə Təşviqat Qrupu adlanır. Təşviqat Qrupunun yaradılmasında əsas məqsəd referendumda iştirak edəcək şəxslərin maarifləndirilməsi istiqamətində təbliğat aparmaqdır.

Mənbə: www.LENT.AZ Davamı

28.01.2009

Əli Əhmədov: “Beynəlxalq təşkilatların referendumla bağlı bəyanatları obyektivdir”

“Beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda referendumun keçirilməsi ilə əlaqədar bəzi bəyanatlar səsləndirib və bu bəyanatlar tamamilə obyektiv əsaslara söykənir. Hər bir xalq, hər bir ölkə öz dövlət quruculuğunu daha da təkmilləşdirməkdə tam sərbəstdir və bu, o ölkənin daxili işdir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. Davamı

28.01.2009

“Yeni Azərbaycan” Təşviqat qrupunun toplantısı olub

“Yeni Azərbaycan” Təşviqat qrupu martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bu gün ilk toplantısını keçirib.Partiyanın YAP Xətai rayon təşkilatının qərargahında keçirilən toplantıda bir sıra prosedur məsələlər həll edilib. Partiya sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, qrup artıq Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb və bundan sonrakı mərhələdə partiya təbliğat-təşviqat kampaniyasına hazırlaşacaq. İclasda Təşviqat qrupunun 25 səlahiyyətli nümayəndəsi, 25 vəkili, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi müəyyənləşib. Səlahiyyətli nümayəndələr və vəkillər əsasən YAP-ın rəhbərliyinə daxil olan şəxslər, millət vəkilləri, ictimai xadimlərdən ibarət olub. Davamı

28.01.2009