Bölmə: 2009

“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda seminar keçirilib

elec610 fevral 2010-cu il tarixində “Park İnn” otelinin “Natəvan” zalında Bərpa olunana Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin vəziyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarda Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya diam komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərenerji QSC-nin, Milli Elmlər Akademiyasının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Seminarı layihənin rəhbəri Sevil İsayeva açaraq gələn qonaqları salamlamış və layihə barədə məlumat vermiş, Koalisiyanan yeni İnternet səhifəsinin təqdim etmişdir. Seminarda Azərbaycanda alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi səhasində müəyyan edilmiş siyasi istiqamətlər, milli qanunvericilik və onun tətbiqi, alternativ və bərpa olunnan enerji mənbələrindən istifadə ilə əlaqədar hüquqi, institusional, iqtisadi imkanlar müzakirə edilmiş, son bir neçə ildə Azərbaycan hökumətinin bu istiqamətdə atdıqları addımlar təhlil edilmiş, xüsusən orta və xırda sahibkarların, icmaların istehlakı üçün tələb edilən enerjinin qeyri-ənənəvi yollarla əldə edilməsi məsələləri araşdırılmış, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmlərini təmin edəcək layihələrin vəziyyəti, Enerji səmərəliliyi üzrə dövlət siyasətinin formalaşması üçün görlülən işlər qiymətləndirilmişdir. Davamı

11.02.2010

Qlobal iqlim dəyişməsinin ictimai müzakirələr

ADA_meclis_01Yanvar ayının 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) iqlim dəyişməsi və qlobal istiləşməyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyev, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, akademik, “UNESCO”-nun İnsan və Biosfer məsələləri üzrə Milli komitəsinin sədri Orxan Ələkbərov, ATƏT-in Bakı ofisinin əməkdaşı İqtisadi vəƏtraf mühit şöbəsinin işçisi Robert Zahn iştirak etmişdirlər. “ADA Məclis”in aparıcısı Fariz İsmayılzadə Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan olunması və bununla bağlı ortaya çıxan məsələlər haqda sualları qonaqlara ünvanlamışdır. Qeyd edilmişdir ki, keçən ay Kopenhagendə keçirilən sammitdə hava temperaturunun 2-3 dərəcə istiləşməsinin qarşısını almaq məqsədi ilə karbon dioksidin havaya atılmasının azaldılması qərara alınmışdır. Çıxış edən Məclis iştirakçıları Azərbaycanda son zaman bu istiqamətdə mühüm işlərin aparıldığını söyləmişlər. Respublika ərazisində alternativ enerji mənbələrindən istifadə edən stansiyaların quraşdırılması, enerjiyə qənaətedici texnologiyaların inkişaf etdirilməsi, Bakının Balaxanı qəsəbəsində zibil kütlələrinin yığışdırılması və Avropa standartlarına uyğun zibili emal edən stansiyanın tikintisinə başlanması göz qabağındadır. Lakin bunlarla paralel insanların maarifləndirilməsi məsələləsinin də vacib olduğu vurğulanmışdır. İclasda iştirak edən ekoloji QHT təmsilçilərinə də söz verilmişdir. Onlar da öz növbəsində bu istiqamətdə apardıqları işlər barəsində məlumat vermişdilər. Qeyd etmək istərdik ki, Məclisin gedişi ictimai televiziya tərəfindən lentə alınmış və yanvar ayının 31-də İctimai televiziya kanalında “ADA Məclisi” verilişində yayımlanmışdır. Davamı

3.02.2010

Bələdiyyə seçkilərində keçirilən “Exit-poll” tədqiqatının ilkin nəticələri

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və AVCİYAnın bələdiyyə seçkilərində birgə keçirdiyi  “Exit-poll” tədqiqatının ilkin nəticələri aşağıdakı kimidir:

Nərimanov bələdiyyəsi üzrə: Nerimanov

Nəsimi bələdiyyəsi üzrə: Nesimi

Səbail bələdiyyəsi üzrə: Sebail

Xətai bələdiyyəsi üzrə: Xatai

Xırdalan bələdiyyəsi üzrə: Xirdalan

Şirvan bələdiyyəsi üzrə: Shirvan

Xaçmaz bələdiyyəsi üzrə: Xachmaz

Gəncə şəhəri Nizami bələdiyyəsi üzrə: Gence_Nizami

24.12.2009

Gəncə şəhərində keçirilən treninqlərdən görüntülər

19.12.2009

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təqdim etdiyi təklif bəyənildi

ELS” Müstəqil Araşdırmalar Mərkəzi müasir enerjiyə qənaətedici texnologiyaların Azərbaycanda da tətbiq olunması barədə Azərbaycan Respublikasının rəsmi dövlət orqanlarına göndərdiyi təkliflərə rəy bildirilmişdir. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyindən alınan məktublarda təqdim olunan təkliflərin məqsədə uyğun olduğu qeyd edilərək “Enerji resurslarından səmərəli istifadə” Milli proqramının işlənib hazılmasını məqsədə müvafiq hesab etdiyi və bu məqsədlə nazirliyin nəzdnində işçi qrupun yaradılması bildirilmişdir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu işçi qrupda iştirak etmək üçün dəvət olunmuşdur.  Davamı

17.12.2009