Bölmə: 2009



«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən koordinatorlara sonuncu treninq keçirilib

Kor1

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Exit-poll» tədqiqatı ilə bağlı koordinatorlar üçün sonuncu treninqini keçirib. İntervüer və supervayzerlərin toplanmasına və seçki günü onların fəaliyyətinə nəzarət funksiyasını həyata keçirəcək koordinatorlara bir daha tədqiqatın mühüm əhəmiyyət kəsb etməsi açıqlanıb. Seçki günü keçiriləcək «Exit-poll» tədqiqatında koordinatorların funksiyaları barədə söhbət aparılıb. İntervüerlərin seçicilərlə davranış qaydaları, tədqiqat zamanı anket və sorğu vərəqələrindən istifadə, qarşıya çıxacaq  problemlərin aradan qaldırılması ilə bağlı koordinatorların üzərinə düşən məsuliyyət barədə məlumat verilib. Treninqdə qeyd olunub ki, hazırda ölkədə seçki günü yaxınlaşdıqca insanlar «Exit-poll» və «Quick-count» tədqiqatı ilə maraqlanır və bu tədqiqatın aparılması qaydaları ilə tanış olmaqla yanaşı, həm də nəticələrin hansı şəkildə açıqlanacağını KİV-dən izləyirlər. Koordinatorlarla görüş zamanı həmçinin, seçki günü tədqiqat prosesində məlumatın ötürülməsi işində qüsurların olmaması ilə bağlı tövsiyyələr verilib. Davamı

11.10.2009


Azərbaycanda közərmə lampaları satışdan nə vaxt götürüləcək?

isiq“ELS” rəsmi qurumlara sorğu ilə müraciət edib
Qlobal iqlim dəyişməsi aktual problem qismində dünyanın bir çox ölkələrində ciddi tədbirlərin görülməsinə təkan vermişdir. Bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də elektrik enerjisinin qənaətinə yönəldilmiş ənənəvi közərmə lampalarının enerjiqənaətedici lampalarla əvəz edilməsidir. Davamı

6.10.2009


“Donuz qripi haqqında nə bilirik?” mövzusunda keçirilən rəy sorğusunun nəticələri

A/H1N1, və ya “Donuz qripi” – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır.

A/H1N1, və ya “Donuz qripi” – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusun “pandemiya potensialına” malik olduğunu bildirərək 6 mövcud təhlükə dərəcəsindən beşincisini ona verib. ÜST-da təşvişi yaradan üç faktor olub ki, bu da insanların heyvan mənşəli virusa yoluxması, xəstəliyin coğrafi cəhətdən yayılması və virusa yoluxanların yaş kateqoriyalarına görə qeyri-adi paylanmasıdır. Davamı

19.08.2009


“Donuz qripi haqqında nə bilirik?”

grip1“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 25 iyun-08 iyul 2009-cu il tarixlərində “Donuz qripi haqqında nə bilirik?” mövzusunda telefon sorğusu keçirmişdir. Bu sorğuda 500 Bakı sakini iştirak etmişdir. Telefon sorğusu Məlikova Mehribanın rəhbərliyi altında könüllülər qrupu tərəfindən keçirilmişdir. Könüllülər Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 2-ci kurs tələbələri: Davamı

18.08.2009