Ekologiya və Təbii Sərvətlər Naziri ilə QHT-lərin görüşü

ww123 fevral 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin ekoloji QHT nümayəndələri ilə görüşü keçirilmişdi. Kopenhagen sammitinə həsr olunmuş görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sammit zamanı aparılan müzakirələr barəsində görüşə gəlmiş 30-dan artıq ekoloji QHT təmsilçilərinə məlumat vermişdi. Daha sonra nazir Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı naizrlik tərəfindən bir sıra önəmli layihələr həyata keçiriləcəyini bildirdi. Nazir H.Bağırov bildirmişdir ki, sözügedən layihələr sırasında yaşıllıqların artırılması, Xəzər dənizinin ekoloji təmizliyinə diqqətin artırılması, əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması və digər məsələlər daxildir. Onun sözlərinə görə, 2010-cu ildə bu sahədə böyük nailiyyətlər əldə olunacaq. Nazir QHT nümayəndələrinin suallarını cavablandırmış və QHT nümayəndələrinin ekoloji problemlərin həlli istiqamətində verdikləri təklifləri dinləmişdiXatırlatmaq istərdik ki, Danimarkanın paytaxtı Kopenhagen şəhərində sammit 7-18 dekabr 2009-cu il tarixlərində keçirilmişdi. İqlim dəyişikliyinə həsr olunmuş Kopenhagen sammitində 60-dan artıq prezident və baş nazir iştirak etmişdi

ww3 ww2 ww4

24.02.2010