Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri mövzusunda iclas keçirilib

Dünən Sumqayıtda “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda iclas keçirmişdir. Sumqayıt şəhər İcra hakimiyyətinin akt zalında baş tutan yığıncaqda şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və qeyri hökumət təşkilatlarının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdilər.

Yığıncaqda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərin hazırkı ekoloji vəziyyəti, problemləri, bu sahədə görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə danışıb.

Toplantıda daha sonra 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi F.Həsənov, şəhər Gigiyena və Epidemologiya Mərkəzinin direktoru R.Abdullayev, “Sumqayıt Təmizlik Departamenti” MMC-nin baş direktoru Q.Dünyamalıyev, Yaşıllaşdırma üzrə Təmir Tikinti İdarəsinin rəisi İ.Həsənov, Ekologiya Reabilitasiya Mərkəzinin direktoru A.İslamzadə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İ.Yaqubova, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri T.Zeynalov çıxış etmişlər.

4.03.2010