“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda Dəyirmi Masa keçirilmişdir

dayirmi517 mart 2010-cu il tarixində “Caspian Plaza” ofis mərkəzinin konfrans zalında Bərpa olunan Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və Bərpa olunana enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin” təkmilləşdirilməsi üzrə təkliflərin müzakirəsinə həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Daimi Komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərenerji QSC-nin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Dəyirmi Masada Azərbaycanda Alter nativ və Bərpa Olunan Enerji, Enerji Səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin Avropa Direktivlərinə və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğunlaşdırılması üzrə Koalisiya ekspertlərinin hazırladığı təkliflərin təqdimatı olmuş, siyasət və qanunverici liyin Avropa standartlarına uyğunlaşdırılması üzrə təkliflər müzakirə olunmuşdur.

Dəyirmi masadan fotomateriallar:

dayirmi1 dayirmi2 dayirmi3 dayirmi4 dayirmi6

17.03.2010