Bölmə: 2009



“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Exit-poll” tədqiqatının treninqlərinə start verib

treninq_209.12.09ELS cari ilin dekabr ayının 23-də bələdiyyə şeçkilərində AVCİYA ilə birgə keçiriləcək “Exit-poll” tədqiqatının hazırlıq mərhələsi çərçivəsində intervüer və supervayzerlərin treninqlərinə başlamışdır. İlk treninqdə Nərimanov bələdiyyəsində “exit-poll” tədqiqatının seçiminə düşən məntəqələrində intevrüer və supervayzer qismində cəlb olunanalr iştirak etmişlər. Təlim zamanı təaqiqat iştirakçılarının funksiya və vəzifələri izah edilmiş, istifadə olunacaq müvafiq sənədlərlə işləmək qaydalarına dair təlim keçirilmişdir. Davamı

10.12.2009


Treninqdən görüntülər (09.12.2009)

9.12.2009


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 23 dekabr bələdiyyə seçkilərində birgə “Exit-poll” tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Belə ki, adı çəkilən təşkilatlar bələdiyyə seçkilərində rəsmən birgə “Exit-poll” keçirmək hüququ qazanıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA təşkilatları 8 bələdiyyə: Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Xətai bələdiyyələri, Abşeron bələdiyyəsi, Şirvan, Xaçmaz və Gəncə rayonun Nizami bələdiyyəsiüzrə birgə “Exit-poll” tədqiqatı aparacaq. Bunun üçün seçkilər zamanı “Exit-poll” keçirəcək intervüer və supervayzerlər treninqlərə cəlb olunacaq. Təşkilat tərəfindən treninqlərə artıq start verilib.  Treninqlər dekabr ayının 9-dan başlayaraq 19-dək davam edəcək. Davamı

9.12.2009


“Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yolları”Dəyirmi Masa

070809-4“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin avqust ayının 07 tarixində saat 12:00-13:30-da “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında əhalinin mövcud məlumat və operativ xəbərdarlıq xidmətlərinə dair məlumatlı olmalarına həsr olunmuş “Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yolları” mövzusunda Dəyirmi Masa keçirmişdir. Davamı

30.11.2009


Qriplər və digər yoluxucu xəstəliklərdən əhalinin qorunması:

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin yoluxdurucu xəstəliklər və ilk növbədə mövsümü və “donuz” qripi kimi tanınan H1N1 virusu ilə bağlı nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaları davam edərək oktyabr ayının 20-25 tarixlərində növbəti telefon sorğusunu keçirmişdir. Sorğu zamanı 420 Bakı sakininin (bundan sonra respondent və ya rəyi soruşulan adlandırılacaq) qripə və profilaktik tədbirlərə dair məlumatlılığı qiymətləndirilmişdir. Respondentlərin 48,1 faizi kişi, 51,9 faizini isə qadın olmuşdur. Respondentlərin yaş kateqoriyaları üzrə paylanmaları aşağıdakı kimi idi: 1,4 faiz – 18 yaşdan aşağı, 31,4 faizi 18-29 yaş, 24,0 faizi 30-39 yaş, 19,8 faizi 40-49 yaş, 17,5 faizi 50-64 yaş, 5,9 faizi isə 64 yaşdan yuxarı. Soruşulanların 2,7 faizi natamam orta, 38,2 faizi tam orta, 9,8 faizi orta ixtisas, 5,6 faizi natamam ali, 42,9 faizi ali, 0,8 faizi isə elmi dərəcəli idi. Davamı

12.11.2009