Bölmə: Xəbərlər

Ekoloji Parkda Beynəlxalq Sülh Günü qeyd olunub

parkELS Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Xəzər rayonunun Qala kəndindəki Ekoloji Parka səfər turu təşkil edib. Beynəlxalq Sülh Gününün qeyd olunması məqsədilə təşkil olunan səfər turunda Bakı şəhərinin 1 və 2 saylı uşaq evlərinin şagirdləri, UNESCO, UNİCEF, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Mədəniyyət və Turizm Nazirlikləri nümayəndələri də iştirak ediblər. İlk olaraq Ekoloji Park haqqında şagirdlərə ətraflı məlumat verilib. Parkla tanışlıqdan sonra isə ağac əkmə mərasimi keçirilib. Şagirdlər parkın əvvəlcədən hazırlanmış ərazisində 30-a yaxın müxtəlif növ ağac əkiblər. Daha sonra tədbir parkda fəaliyyət göstərən “Eko-Mərkəz”in akt zalında davam etdirilib. Davamı

24.09.2011

İşçi qrupun incəsənət bölməsinin ilk iclası keçirilmişdir

1“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaq İnternet Portalının yaradılması” mövzusunda layihənin həyata keçirilməsinə başlamışdır (4/5/69/42 saylı müqavilə). Layihənin həyata keçirilməsi cari ilin 15 sentyabr – 15 dekabr ərzində nəzərdə tutulmuşdur.

Press-reliz-az Davamı

17.09.2011

Mətbuat Konfransı keçirildi 23 iyun 2011

Irada-Yagubova_Ezaq-tehlukesizliyiCari ilin iyunun 23-də “Trend” Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Ərzaq Təhlükəsizliyi ilə bağlı mətbuat konfransını keçirtdi. Mətbuat konfransında bir çox mətbu orqanların nümayəndələri iştirak etdilər.Konfransı giriş sözləri ilə açan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirdi ki, cari ilin 22-23 iyun tarixində Parisdə “Böyük iyirmilik (G20)” sammiti çərçivəsində ilk dəfə olaraq kənd təsərrüfatı nazirlərinin görüşü keçirilir. Görüşün məqsədi ərzaq təhlükəsizliyi məsələlərinin müzakirəsidir.press ELS-az kiv Davamı

23.06.2011

Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri

1“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2011-ci ilin yanvar ayında ictimai əsaslarla start verdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin növbəti mərhələsində 2011-ci il 24 may tarixində «Caspian Plaza» Biznes mərkəzinin konfrans zalında “Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

press-reliz-az-24-05-2011

press-reliz-ru-24-05-2011 Davamı

24.05.2011

Ölkə başçısına müraciət təqdim olundu

06.11.2014“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində fevralın 11-də keçirilmiş “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada qəbul olunan Müraciət aprelin 6-da Prezident İlham Əliyevə təqdim olundu. Müraciət rəsmi qurumlar, təşkilatların təmsilçiləri, tanınmış incəsənət xadimləri tərəfindən imzalanmışdır.

Müraciət

6.04.2011