Bölmə: Xəbərlər

31 Mart – Azərbaycanlıların Soyqırımı günüdür

azerbaycanlilarin_soyqirim_gunu_31_martErməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 94 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların qətlə yetirilməsi ilə nəticələnib. Davamı

31.03.2012

Azərbaycanın Novruz ənənələri Eurovision.tv-də təqdim olunub

Novruz-bayrami“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı – eurovision.tv-də “Azərbaycana səyahət” silsiləsindən növbəti reportaj Novruz bayramına həsr olunub.

APA-nın eurovision.az-a istinadən xəbərinə görə, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarının təqdim olunduğu bu silsilənin ikinci videosunda Novruz adətlərindən, bu bayramın dostluq, əmin-amanlıq bayramı olmasından danışılır. Təbiətin qışdan sonra oyandığı bir vaxtda qeyd edilən, yeni günün başlanğıcı olan, Davamı

5.03.2012

Vladimir Putin yenidən Rusiya Federasiyasının prezidenti seçilib

PutinRusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov baş nazir Vladimir Putinin prezident seçkilərində qələbə qazandığını açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, protokolların 99,3%-i sayıldıqdan sonra V. Putinin 63,75%, Gennadi Züqanovun 17,19%, Mixail Proxorovun 7,82%, Vladimir Jirinovskinin 6,23%, Sergey Mironovun isə 3,85% səs topladıqları açıqlanıb. V. Çurov ilkin məlumatlar əsasında V. Putinin prezident seçildiyini elan edib. Onun bu sözləri MSK üzvləri və media mənsubları tərəfindən alqışlarla qarşılanıb. Davamı

5.03.2012

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqlərə başlanılıb

qush-qripiKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, bu gün ölkə üzrə növbəti monitorinqə başlayıb. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətindən məlumat verilib. Monitorinqə bu gün Abşeron Milli Parkında start verilib və Şabran, Salyan, Ağcabədi, Lənkəran rayonlarının milli parklarında da aparılacaq. Ev quşları arasında aparılacaq monitorinq isə respublikanın bütün rayonlarını əhatə edəcək. Davamı

4.03.2012