Bölmə: Xəbərlər

Qadınlar üçün ayrıca kupelər təşkil edilməlidir

demiryyolu“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir.
Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir. Belə ki, Rusiyada dəmir yolunda sərnişinlər üçün daha rahat şəraitin yaradılması məqsədi ilə on ilə yaxın müddətdə ayrı “kişi” və “qadın” kupeləri təşkil olunan qatarlar hərəkət edir. Analoji qatarlar Ukrayna və Belorusda da tətbiq olunur. Sərnişinlərin cinslərinə müvafiq olaraq ayrı-ayrı yerləşdirilmə sxemləri xeyli vaxtdır ki, Qərbi və Mərkəzi Avropa ölkələrində müvəffəqiyyətlə işlənilir. Burada nəinki “kişi” və “qadın” kupeləri, hətta “kişi” və “qadın” vaqonları təşkil olunur. KİV Davamı

9.03.2010

Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri mövzusunda iclas keçirilib

Dünən Sumqayıtda “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda iclas keçirmişdir. Sumqayıt şəhər İcra hakimiyyətinin akt zalında baş tutan yığıncaqda şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və qeyri hökumət təşkilatlarının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdilər. Davamı

4.03.2010

Avtobuslarda təhlükəsizlik kəmərlərini bağlamaq lazım olacaq

belt_2Rusiyada cari ilin 1 mart tarixindən avtobuslarda təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı cəzalar sərtləşdirilib. Bu dəfə Dövlət Avtomobil İnspeksiyası diqqətini şəhərlərarası avtobuslara yönəldib. Bu avtobuslarda təhlükəsizlik kəmərini həm sürücü, həm də sərnişinlər bağlamalıdır. Bu qaydanı pozan sürücü 500 rubl məbləğində cərimə ödəməli olacaq. Eyni məbləğ avtobusun təhlükəsizlik kəmərləri olmadığı halda (hətta istehsalçı tərəfindən kəmərlər nəzərdə tutulmayanda da) şəhərlərarası marşruta çıxdığına görə nəzərdə tutulmuşdur. Əgər təhlükəsizlik kəməri olan avtobuslarda sərnişin kəmərdən istifadə etmirsə, onda 200 rubl məbləğində cəriməni sərnişin ödəməli olacaq. Davamı

2.03.2010

Britaniya elektrik maşınları alanlara dəstək verəcək

Böyük Britaniya hökuməti elektriklə qidalanan avtomobil alan hər bir Britaniya sakinini dəstəkləmək məqsədi ilə 5 min funt sterlinq (7,6 min dollar) məbləğində pul yardımı etmək qərarına gəlib. Bu proqramın reallaşdırılmasının 2011-ci ildən başlanması planlaşdırılır. Bütünlükdə Britaniya elektrik avtomobili sahiblərinə yardım məqsədilə 30 mln. funt sterlinq ayırmağı planlaşdırır. Davamı

1.03.2010

Ekologiya və Təbii Sərvətlər Naziri ilə QHT-lərin görüşü

ww123 fevral 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin ekoloji QHT nümayəndələri ilə görüşü keçirilmişdi. Kopenhagen sammitinə həsr olunmuş görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sammit zamanı aparılan müzakirələr barəsində görüşə gəlmiş 30-dan artıq ekoloji QHT təmsilçilərinə məlumat vermişdi. Daha sonra nazir Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı naizrlik tərəfindən bir sıra önəmli layihələr həyata keçiriləcəyini bildirdi. Nazir H.Bağırov bildirmişdir ki, sözügedən layihələr sırasında yaşıllıqların artırılması, Xəzər dənizinin ekoloji təmizliyinə diqqətin artırılması, əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması və digər məsələlər daxildir. Onun sözlərinə görə, 2010-cu ildə bu sahədə böyük nailiyyətlər əldə olunacaq. Nazir QHT nümayəndələrinin suallarını cavablandırmış və QHT nümayəndələrinin ekoloji problemlərin həlli istiqamətində verdikləri təklifləri dinləmişdi Davamı

24.02.2010