Bölmə: Xəbərlər

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib

Maliyye_NazirliyiNazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Davamı

11.04.2013

MTRŞ sədri :“Gələcəkdə Azərbaycanda hər bir telekanalın üzərinə cizgi filmlərinin çəkilişi ilə bağlı məsuliyyət qoyulacaq”

Ushaqlar_tv“Milli Televiziya və Radio Şurasında (MTRŞ) cizgi filmlərinə maliyyə yardımın ayrılması ilə əlaqədar müzakirələr aparılacaq”.  Bu açıqlamanı  APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, uşaq filmləri və cizgi filmləri ilə əlaqədar məsələ rəhbərlik etdiyi qurumun ən ağrılı yerlərindən biridir: Davamı

6.04.2013

Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazma nümunələri Gəncəyə gətirilir

Mehseti_Gencevi_ElyazmaMəhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar ədibin vətəni Gəncədə geniş hazırlıq işləri görülür. APA-nın məlumatına görə, tədbirlərdə qonaqlara təqdim etmək üçün şairənin dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanan əlyazmalarının və miniatürlərinin bəzi nümunələri Gəncəyə gətirilir. Davamı

6.04.2013

Tale Heydərov: “Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb”

Taleh_Heyderov“Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması ilə məşğuluq. Bunları kitab kimi çap edəcəyik, dünyaya yayacağıq. İngilis və Azərbaycan dillərində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək”. APA-nın xəbərinə görə, bunu “New Baku Post” qəzetinə müsahibəsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tale Heydərov deyib. Davamı

3.04.2013

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar

Milli_MeclisMilli Məclisin Sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, sənəd Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olub. Davamı

3.04.2013