Bölmə: Xəbərlər

Millət vəkili AŞPA rəhbərliyinə müraciət etdi

Avropa_shurasiAvropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə 5 sualının cavablandırılması xahişi ilə müraciət ünvanlayıb. Müraciətdə deyilir: Davamı →

22.04.2013

Əli Həsənov: “Xaricdəki QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunacaq müsabiqə çox mühüm hadisədir”

Ali_Hasanov“Azərbaycan dövləti vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

“Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib. Davamı →

17.04.2013

Azərbaycanın istehsal etdiyi hərbi maşın ilk dəfə beynəlxalq sərgidə nümayiş olunacaq

Herbi_mashin_AZAzərbaycan hərbi sənaye kompleksinin tarixində ilk dəfə olaraq ölkədə istehsal edilmiş hərbi nəqliyyat vasitəsi beynəlxalq sərgidə nümayişə çıxarılacaq. APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2011 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəcək. Davamı →

17.04.2013

Azərbaycanın zəlzələ baş vermiş bölgəsində bu günə qədər 3177 ev, 24 məktəb tikilib, 5077 ailəyə bərpa üçün vəsait ödənilib

Mekteb_yeniBu il aprelin 1-nə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir. APA-nın xəbərinə görə, Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd olunub. Davamı →

12.04.2013