Bölmə: Xəbərlər

Millət vəkili AŞPA rəhbərliyinə müraciət etdi

Avropa_shurasiAvropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan Klod Minyona, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, AŞ PA-nın baş katibi Voysix Saviçkiyə və AŞ PA-nın bütün üzvlərinə 5 sualının cavablandırılması xahişi ilə müraciət ünvanlayıb. Müraciətdə deyilir: Davamı

22.04.2013

Əli Həsənov: “Xaricdəki QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunacaq müsabiqə çox mühüm hadisədir”

Ali_Hasanov“Azərbaycan dövləti vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

“Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib. Davamı

17.04.2013

Azərbaycanın istehsal etdiyi hərbi maşın ilk dəfə beynəlxalq sərgidə nümayiş olunacaq

Herbi_mashin_AZAzərbaycan hərbi sənaye kompleksinin tarixində ilk dəfə olaraq ölkədə istehsal edilmiş hərbi nəqliyyat vasitəsi beynəlxalq sərgidə nümayişə çıxarılacaq. APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2011 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəcək. Davamı

17.04.2013

Azərbaycanın zəlzələ baş vermiş bölgəsində bu günə qədər 3177 ev, 24 məktəb tikilib, 5077 ailəyə bərpa üçün vəsait ödənilib

Mekteb_yeniBu il aprelin 1-nə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir. APA-nın xəbərinə görə, Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd olunub. Davamı

12.04.2013