APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Davamı
Bölmə: Xəbərlər
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV – 90
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Davamı
Mayın 9-da faşızm üzərində qələbədən 68 il ötür
Mayın 9-da Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasındadan 68 il ötür. 1941-ci il iyunun 22-də faşist Almaniyasının hücumu ilə başlanan Böyük Vətən müharibəsində Sovet İttifaqının bütün xalqları ilə yanaşı Azərbaycan xalqı da əsl qəhrəmanlıq və sücaət nümayiş etdirdi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 187 min nəfər döyüşçü vardı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi. Davamı
Bakıda binanın sürüşdürülməsi prosesi başa çatdı
Hollandiyanın «Bresser» şirkəti Bakı şəhərinin Füzuli küçəsi, 39 ünvanında yerləşən yaşayış binasının çəkilməsini uğurla başa çatdırıb. «APA-Economics»in məlumatına görə, bunu şirkətin prezidenti Leon Sveyxers bildirib. Davamı
Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar
Milli Məclisin bugünkü iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. Davamı


