MTRŞ sədri :“Gələcəkdə Azərbaycanda hər bir telekanalın üzərinə cizgi filmlərinin çəkilişi ilə bağlı məsuliyyət qoyulacaq”

Ushaqlar_tv“Milli Televiziya və Radio Şurasında (MTRŞ) cizgi filmlərinə maliyyə yardımın ayrılması ilə əlaqədar müzakirələr aparılacaq”.  Bu açıqlamanı  APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, uşaq filmləri və cizgi filmləri ilə əlaqədar məsələ rəhbərlik etdiyi qurumun ən ağrılı yerlərindən biridir:

“İstərdik ki, həm özəl, həm dövlət büdcəsindən maliyyələşən kanallar il ərzində heç olmasa 2 cizgi filmi çəksinlər. Əgər onların hər biri 5-6 il ərzində iki film çəksəydi, indi 50-dən artıq cizgi filmimiz olardı. Amma təəssüf ki, kanallar bu istiqamətdə heç bir təşəbbüs göstərmirlər. Onlar xarici cizgi filmlərini göstərməklə işlərini bitmiş sayırlar. Ona görə də cizgi filmlərinin çəkilişinə maliyyə yardımının göstərilməsi barədə düşünüləcək”. Şura sədri deyib ki, əsas süjet xətti uşaqların tərbiyəsi olan serialların çəkilişinə də fikir veriləcək: “Gələcəkdə hər bir kanalın, xüsusən də büdcədən maliyyələşən telekanalların üzərinə cizgi filmləri ilə bağlı məsuliyyət qoyulacaq”.

6.04.2013