Avropa Azərbaycanlıları Konqresi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib. Davamı
Bölmə: Xəbərlər
Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.
Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib. Davamı
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hərbirinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeniuğurlar arzulayıram.
Əziz xanımlar!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayır.
Azərbaycan qadını hər zaman parlaq həyat mövqeyi və yüksək fəallığı ilə seçilib. Bu gün də cəmiyyətimizin müasir simasının formalaşmasında Azərbaycan qadınının ictimai yeri və rolu danılmazdır. Yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirən qadınlarımız istər siyasət, istər iqtisadiyyat, elm, təhsil, biznes, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar qazanır, dövlətin rifahı üçün çalışırlar. Cəmiyyətdə sülh və əminamanlığı qoruyan, ailədə övladlarının tərbiyyəsi ilə məşqul olan Azərbaycan qadını həyatın ən gözəl nemətlərinə layiqdir.
Əziz xanımlar!
Arzu edərdik ki, bahar təbəssümü üzünüzdən əskik olmasın! Bayramınız mübarək!
20 yanvar – Ümumxalq matəm günüdür
Azərbaycan yanvar hadisələrinin 23-ü ildönümünü qeyd edir
1990-cı il yanvarın 20-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və aqressiv hərəkətləri, həmçinin keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına qarşı xalq kütləsinin irimiqyaslı çıxışlarının qarşısını almaq məqsədilə sovet qoşunlarının hərbi hissələrinin Bakıya yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı. Davamı



