Bölmə: Ana səhifə

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu

05-12.12.14Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş “Dünya Müəllimi Mükafatı”nın qalibləri sırasında. “Varkey GEMS” Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində “məktəb müəllimləri üçün Nobel mükafatı” kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Davamı

15.12.2014

Mərkəzi Seçki Komissiyası “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müraciətini təmin edib

thumbmakerBu gün, dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı 2014-cü il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində “Ekzit-poll” tədqiqatının aparılması ilə bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin  müraciətinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətin təmin edilməsinə dair qərar verilib. Qurum müvafiq sənədləri MSK-ya dekabrın 1-də təqdim etmiş və qanunvericiliyə görə müraciətə 10 gün ərzində baxılmalı idi.   Davamı

12.12.2014

Azərbaycanda yollar müvəqqəti bağlanan zaman dərhal vətəndaşların mobil telefonlarına SMS göndəriləcək

mobilsmsNazirlər Kabineti “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib. APA-nın məlumatına görə, Qaydaya əsasən yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək. Davamı

9.12.2014

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib.

yeni-bus“APA-Economics”in məlumatına görə, Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan biri, nəqliyyat vasitələrinin “Avro-5” standartına cavab vermələridir. Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir. Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur. Davamı

9.12.2014

UNİCEF: 2014-cü il uşaqlar üçün çətin il olub

Unicef-(logo)2014-cü ildə öz evlərini tərk edənlər də daxil olmaqla, 15 milyon uşaq Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Fələstin, Suriya və Ukraynadakı münaqişələrdən zərər çəkib və hazırda 230 milyon uşaq silahlı münaqişələrin davam etdiyi ərazilərdə yaşayır. APA-nın UNİCEF-in saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ildə yüzlərlə uşaq məktəbə gedərkən və ya məktəbdə olarkən girov götürülüb, on minlərlə uşaq silahlı qruplaşmalara cəlb edilərək onlardan döyüşlərdə istifadə olunub. Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşaq  münaqişənin ağır təsirinə məruz qalıb, 10 mindən çox uşaq silahlı qruplaşmalara cəlb olunub, 430-dan çox uşaq döyüşlərdə həyatını itirib və şikəst olub, bu isə 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Davamı

8.12.2014