Bu günlərdə beynəlxalq “Qremmi” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Onların arasında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də adı var ki, bu da Azərbaycan musiqisi tarixində ilk belə əlamətdar hadisədir.
Digər iki namizəd isə amerikalı müasir musiqiçi Lera Auerbax və məşhur “Anna Frankın gündəlikləri” operasının bəstəkarı Meçislav Vaynberqdir.
Qeyd edək ki, mükafatlandırma mərasimi 8 fevral 2015-ci il tarixində keçiriləcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Firəngiz xanımı nüfuzlu mükafata təqdim olunması münasibətilə təbrik edir və “Klassik musiqi” nominasiyasında “Grammy” mükafatının qalibi olmağı arzulayır.

Ötən gün Pakistanda heç cür ağla sığmayan dəhşətli faciə baş verib. Milliyyəti və dini bilinməyən (terrorçunun nə milliyyəti, nə də dini olur) 9 amansız qatil Peşavar vilayətinin nüfuzlu məktəbinə basqın edərək orada qırğın törədiblər. Rəsmi məlumata görə, faciə nəticəsində 150 nəfər həlak olub, bir o qədər də insan yaralanıb və bu, əsasən…məktəblilərdir.
“İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. APA-nın məlumatına görə, bu barədə dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevdeyib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı treninqləri başa çatdırıb.
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Üzeyir Hacıbəyovun ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda musiqçi ailəsində anadan olmuşdur. Poeziyanı, şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verən bəstəkar Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir, M.F.Axundov, Səməd
