Noyabrın 20-dən 22-dək Heydər Əliyev Mərkəzində “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər” (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçiriləcək. Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunacaq beynəlxalq konfrans 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilib. Davamı
Bölmə: Ana səhifə
Azərbaycan prezidenti: “Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir”
“Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir”. APA-nın məlumatına görə, Azərbaycan prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə mətbuata birgə bəyanatında belə deyib. Davamı
Almaniya XİN: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur. Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib. Davamı
Bu gün Azərbaycanda Konstitusiya günüdür
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. APA-nın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 19 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. Davamı
İradə Yaqubova “Addım-addım” proqramının qonağı olub
Noyabrın 7-də musiqinin insanın şüuruna təsiri, uşaq mahnıları, orta məktəblərdə keçirilən musiqi dərsləri və s. bu kimi aktual məsələlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın digər ekspertlərlə birgə iştirak etdiyi İctimai Televiziyanın “Addım-addım” verilişində müzakirə predmeti olmuşdur.
İ.Yaqubova təşkilatın bu istiqamətdə 2011-ci ildən bugünədək apardığı fəaliyyət, həmçinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində görülən işlər barədə ətraflə məlumat verərək, uşaq musiqisinin tərbiyəvi təsir gücünə malik olduğunu və insanın formalaşmasında aparıcı rol oynadığını vurğulayıb. VİDEO Davamı


