Bölmə: Ana səhifə

Müsabiqənin qalib mahnısı yenidən efirdə

06.12.2014spacetv“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2013-cü ildə keçirdiyi “Yeni uşaq mahnıları-2013” uşaq mahnıları müsabiqəsinin “Laylalar” nominasiyasında qalib gələn “Ana laylası” mahnısı bu gün Space Tv-nin efirində səsləndirilib. Tanınmış şair İlyas Tapdıqın anadan olması gününə həsr olunmuş “Hər səhər” musiqili-informasiya proqramında Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova şairin sözlərinə bəstəkar Səadət Fərziyevanın bəstələdiyi mahnını ifa edib. Mahnı ELS-ın keçirdiyi müsabiqə üçün bəstələnmişdir və səsləndiyi gündən dinləyicilərin ürəklərini ovsunlamışdır. VİDEO

Davamı

6.12.2014

Müraciətlər dövlət başçısına göndərildi

Muraciet25.11.2014“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi  “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.

Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.

Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət

Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət

Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

4.12.2014

Azərbaycan prezidenti: BMT qətnamələri münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir

Ilham Eliyev 1903012“Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var  elə də qalmasını istəyirlər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib. Davamı

1.12.2014

ELS-ın monitorinqinin nəticələri İctimai Televiziyanın canlı efirində

28.11.2014-1Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib. VİDEO Davamı

29.11.2014