“Ekzit-poll” tədqiqatı başa çatdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Belə ki, 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan “Ekzit-poll”da seçici fəallığı 38,30% olub.
Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs vermişlər.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “İrşad” otelində yerləşən gərargahında gün ərzində telefon operatorları intervüyerlərdən məlumat almış, sonra həmin rəqəmlər kompüter operatorları tərəfindən işlənmişdir.

Dekabrın 23-də səhər saat 08.00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində apardığı “Ekzit-poll” tədqiqatına start verdi. Təşkilatın “İrşad” otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq bölgələrdən “ekzit-poll” tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır. Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.
Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın bir sıra tanınmış mədəniyyət xadimlərinə fəxri adlar verilib. Onların arasında xalq mahnılarının mahir ifaçıları Gülyaz və Gülyanaq Məmmədova bacıları da var.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb. 
