“ELS” növbəti treninq gününü başa vurdu

17.10.2015Oktyabrın 17-də Suraxanı, Nəsimi, Nərimanov və Xızı rayonları ərazisindəki seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilib. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un kecirilmə qaydalarına dair ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat 2008-ci ildə Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub… FOTOQALEREYA

17.10.2015