“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində fevralın 11-də keçirilmiş “Gənc nəclin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masada qəbul olunan Müraciət aprelin 6-da Prezident İlham Əliyevə təqdim olundu. Müraciət rəsmi qurumlar, təşkilatların təmsilçiləri, tanınmış incəsənət xadimləri tərəfindən imzalanmışdır.
Bölmə: Ana səhifə
“Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatı keçirildi
Fevralın 11-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinin ilk təqdimatını keçirmişdir. Layihənin məqsədi, gənc nəslin mükəmməl və hərtərəfli inkişafına, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında dəstək olmaqdır.
Fransadakı erməni icması parlamentə yeni qanun layihəsi təqdim etməyə hazırlaşır
Fransadakı erməni icması parlamentə uydurma “erməni soyqırımı”nı inkarın kriminallaşdırılması haqqında yeni qanun layihəsi təqdim etmək üçün hökumət və prezidentlə iş aparır. Davamı
“2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsi başa çatıb
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” adlı layihəyə yekun vurmuşdur. KİV Davamı
“ELS” Parlament seçkiləri ərəfəsində təlimlər keçirib
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu il noyabrında keçiriləcək parlament seçkilərində “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə oktyabrın 2-dən başlayaraq Bakıda həyata keçirdiyi təliməri sona çatdırıb. Oktyabrın 8-dək keçirilən təlimlərdə 720 nəfər intervüer iştirak edib. İntervüerlərə “Ekzitpol” tədqiqatı müddətində görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunukasiya texnologiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar izah edilib. Bundan əlavə “Ekzitpol” tədqiqatında iştirak edəcək supervayzerlərdə təlimlərə qatılıb. Növbəti təlimlər isə oktyabr ayının 20-dək respublikanın digər regionlarında həyata keçiriləcək. KİV Davamı



