Fransadakı erməni icması parlamentə yeni qanun layihəsi təqdim etməyə hazırlaşır

Fransa_parlamentFransadakı erməni icması parlamentə uydurma “erməni soyqırımı”nı inkarın kriminallaşdırılması haqqında yeni qanun layihəsi təqdim etmək üçün hökumət və prezidentlə iş aparır.

Çünki deputat Valeri Buaye (Valerie Boyer) tərəfindən hazırlanan layihə rədd edilə bilər. APA-nın xəbərinə görə, bunu Ermənistan mətbuatına açıqlamasında Fransa Erməni Təşkilatları Şurasının koordinatoru Murad Papazyan deyib. O bildirib ki, V. Buayenin layihəsi ötən dəfə olduğu kimi, yenidən Konstitusiya əngəli ilə qarşılaşa bilər: “Başqa qərarlar axtarıb tapmaq lazımdır. Prezident və hökumətlə birlikdə yeni layihələr hazırlana bilər. Prezident hesab edir ki, yeni qanun layihəsini qanunverici orqanın hər iki palatasında çoxluğa malik hökumət təqdim  etməlidir”.

M. Papazyan yeni qanun layihəsinin bu il ərzində hazırlanacağını söyləyib: “Elə layihə hazırlamaq lazımdır ki, Konstitusiya Şurası tərəfindən rədd edilməyəcəyinə yüz faiz əmin olaq”.

12.01.2011