“2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsi başa çatıb

ganja1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” adlı layihəyə yekun vurmuşdur. KİV

Layihədə «ELS»-in tərəfdaşı ABŞ-da 90 ildən artıq tarixə malik olan “Qadın Seçicilər Liqası” olmuşdur. Qadın Seçicilər Liqası (Liqa) Birləşmiş Ştatlarda seçkilərə və seçki proseslərinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi sahəsində uzun illik tarixə malikdir. Liqanın üzvləri mütəmadi olaraq seçki məntəqəsi əməkdaşları və ya seçkilər günü yerli seçki müşahidəçiləri qismində xidmət edirlər. Bundan əlavə Liqa bələdiyyələr və hökumət qurumları ilə münasibətləri tənzimləyirlər ki, bununla da Liqa üzvləri dövlət məmurları ilə əməkdaşlıq etməklə, seçkilərə nəzarətin həyata keçirilməsində və bu proseslərin ədalətli keçirilməsinin təmin edilməsində birgə fəaliyyət göstərirlər.

Layihə çərçivəsində Gəncə şəhərində 2010-cu ilin avqust ayının 24-25 tarixində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ABŞ və Bolqariyanın qadınların seçkilərə cəlb edilməsi sahəsində fəaliyyət göstərən “ABŞ-ın Seçıcı Qadınları Liqası”nın (Vaşınqton, ABŞ) proqram rəhbəri Zaida Arquedas, Qlobal Məsələlər Forumunun (Stemford, ABŞ) prezidenti Key Maksvel, “Avropa Layihələri” Assosiasiyasının sədri Mariya Tençeva (Sofiya, Bolqariya) və ABŞ-ın müstəqil politoloqu Xandra Keydenin iştirakı etmişlər. Eyni zamanda konfransda Gəncə və Qərb regionu rayonlarının, eləcə də Azərbaycanın digər regionlarının fəal qadınları, qeyri-hökumət təşkilatların təmsilçilər də yaxından iştirak ediblər. Bütövlükdə beynəlxalq konfransda 140 nəfərdən artıq insan iştirak edib. Konfrans Azərbaycan qadınlarına ünvanlanmış Gəncə bəyanatının qəbulu ilə bitib.

« of 2 »

12.09.2010