“ELS” Mustəqil Araşdırmalar Mərkəzi 2010-cu ilin iyul ayının 30-u tarixində saat 12:00-dan -13:00-dək «Caspian Plaza» Biznes mərkəzinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında Azərbaycandakı ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsinin təqdimatını keçirmişdir. KİV Davamı
Bölmə: Ana səhifə
“2010-cu il Parlament seçkiləri ərəfəsində seçici qadınların fəallığının artırılması” layihəsinin təqdimatı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəzimiz bu istiqamətdə də işlər aparır. Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib sayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu ildin dekabr ayında elan etdiyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramında “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi ilə iştirak etmiş və qalibi olmuşdur.
Davamı
Polietilen paket – faydası və zərəri
Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Davamı
“ELS” MAM-ın Nəqliyyat Nazirliyinə müraciəti
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolu nəqliyyatında sərnişindaşınmanın təkmilləşdirilməsi məqsədi ilə keçirdiyi araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunmuşdur. Ictimai müzakirələr nəticəsində qatarlarda qadınların ayrıca səfər etmələri üçün şəraitin yaradılması ilə bağlı müraciət tərtib olunmuşdur. 42 QHT təmsilçilərinin imza atdığı müraciət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müvafiq məktubla təqdim edilmişdir.
Müraciətlə tanış olmaq üçün mətni buradan yükləyə bilərsiniz:
Kupe/Neqliyyat Nazirliyine muraciet.pdf Davamı
“Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçilmişdir
16 aprel 2010-cu il tarixində Hyatt Regency otelində 2010-cu il – Ekologiya ili çərçivəsində “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Davamı


