23 fevral 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin ekoloji QHT nümayəndələri ilə görüşü keçirilmişdi. Kopenhagen sammitinə həsr olunmuş görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sammit zamanı aparılan müzakirələr barəsində görüşə gəlmiş 30-dan artıq ekoloji QHT təmsilçilərinə məlumat vermişdi. Daha sonra nazir Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı naizrlik tərəfindən bir sıra önəmli layihələr həyata keçiriləcəyini bildirdi. Nazir H.Bağırov bildirmişdir ki, sözügedən layihələr sırasında yaşıllıqların artırılması, Xəzər dənizinin ekoloji təmizliyinə diqqətin artırılması, əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması və digər məsələlər daxildir. Onun sözlərinə görə, 2010-cu ildə bu sahədə böyük nailiyyətlər əldə olunacaq. Nazir QHT nümayəndələrinin suallarını cavablandırmış və QHT nümayəndələrinin ekoloji problemlərin həlli istiqamətində verdikləri təklifləri dinləmişdi Davamı
Bölmə: Ana səhifə
Enerji resurslarından effektiv istifadəyə aid layihə üzrə komissiya işə başlamışdır
Bu gün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2010-cu il 11 fevral tarixli 11 nömrəli əmri ilə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” qanun və “Enerji resurslarından effektiv istifadə üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilmişdi. İclasda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji”ASC, Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Metropoliten İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “ELS”Müstəqil Araşdırmalar Mərkəzi, Azad İstehlakçılar Birliyinin nümayəndələri iştirak etmişlər. Davamı
“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda seminar keçirilib
10 fevral 2010-cu il tarixində “Park İnn” otelinin “Natəvan” zalında Bərpa olunana Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin vəziyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarda Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya diam komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərenerji QSC-nin, Milli Elmlər Akademiyasının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişdirlər. Seminarı layihənin rəhbəri Sevil İsayeva açaraq gələn qonaqları salamlamış və layihə barədə məlumat vermiş, Koalisiyanan yeni İnternet səhifəsinin təqdim etmişdir. Seminarda Azərbaycanda alternativ və bərpa olunan enerji, enerji səmərəliliyi səhasində müəyyan edilmiş siyasi istiqamətlər, milli qanunvericilik və onun tətbiqi, alternativ və bərpa olunnan enerji mənbələrindən istifadə ilə əlaqədar hüquqi, institusional, iqtisadi imkanlar müzakirə edilmiş, son bir neçə ildə Azərbaycan hökumətinin bu istiqamətdə atdıqları addımlar təhlil edilmiş, xüsusən orta və xırda sahibkarların, icmaların istehlakı üçün tələb edilən enerjinin qeyri-ənənəvi yollarla əldə edilməsi məsələləri araşdırılmış, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmlərini təmin edəcək layihələrin vəziyyəti, Enerji səmərəliliyi üzrə dövlət siyasətinin formalaşması üçün görlülən işlər qiymətləndirilmişdir. Davamı
Plastik tullantıların emal edilməsinin yeni ekoloji təmiz üsulu
Ekoloqların problem mənbələrindən biri olan tərkibində bisfenol A olan pastik polikarbonatlardır. Polikarbonat – vintaçanların (otvyortka) dəstəyi, linza, DVD və kompakt disklərin hazırlanmasında istifadə olunan bərk möhkəmliyə malik plastmasdır. Bəzi alimlər bisfenolun sağlamlığa mənfi təsirə malik olduğunu fərz edirlər. Bu cür plastik tullantıların emal edilməsi də ətraf mühitə ziyansız ötüşmür. Davamı
“La-Ninya” iqlim fenomeni zəifləşəcək – BMT (Beynəlxalq Meteorologiya Təşkilatı)
Dünya Meteoroloji Təşkilatı bildirir ki, bütün dünyanın hava şəraitinə təsir edən İqlim Fenomeni “La-Ninya” ola bilsin may ayının əvvəlinə qədər qalacaq, ancaq tədrican zəifləşəcək.
BMO tərəfindən hazırlanmış məruzədə bildirilir: – “La-Ninya”-nın təsirti Sakit okeanın tropik qurşağında davam edir…. Davamı


