Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar

student_1_Milli Məclisin bugünkü iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək.

H.Rəcəbli qeyd edib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana bilər.

Layihə səsə qoyularaq qəbul olunub.

24.04.2013