Azərbaycanın istehsal etdiyi hərbi maşın ilk dəfə beynəlxalq sərgidə nümayiş olunacaq

Herbi_mashin_AZAzərbaycan hərbi sənaye kompleksinin tarixində ilk dəfə olaraq ölkədə istehsal edilmiş hərbi nəqliyyat vasitəsi beynəlxalq sərgidə nümayişə çıxarılacaq. APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş «Gürzə» adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2011 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəcək.

Toyota HİLOYX 12 modelinin bazasında hazırlanmış «Gürzə» 4×4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına

həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.

Maşının heyəti sürücü və komandir daxil olmaqla 5 nəfərdir.

17.04.2013