Əli Həsənov: “Xaricdəki QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunacaq müsabiqə çox mühüm hadisədir”

Ali_Hasanov“Azərbaycan dövləti vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

“Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib.

Ə. Həsənov bildirib ki, Azərbaycan dövləti birmənalı olaraq vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri dəstəkləyir. O qeyd edib ki, QHT-lər öz potensiallarından Azərbaycanın maraqlarının xaricdə qorunması və təmin olunması istiqamətində istifadə edirlər: “Şura bu yaxınlarda xaricdəki qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edəcək və bu, çox mühüm hadisədir. Bəs vətəndaş təşəbbüslərinin nəzərə alınması necə olur? Bizi vətəndaş hüquqlarının pozulmasında ittiham edənlərin də nəzərinə bunu da çatdırmalıyıq. Bizi tənqid edən müəyyən QHT-lər, islamafobiyaya tutulmuş QHT-lər var. Onlar bəlli dövlətlərin, güclərin maraqlarını yerinə yetirərək müəyyən dövlətlərə qarşı təbliğat

17.04.2013