Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır

92784014268582906ed22a459a776fafTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələsammitinin yekun Bəyannaməsində Dağlıq Qarabağmünaqişəsinə dair maddə yer alıb. Türkdilli DövlətlərinƏməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərindəkeçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə qeyd olunub. APA-nın məlumatına görə, sənədin 13-cümaddəsində bu münaqişəyə həsr olunub.

13-cü maddədə qeyd olunub ki, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ konflikti regional sabitliyə və əməkdaşlığa zərbə vuran ən böyük problemdir.Tərəflər konfliktin sülh yolu ilə həllinə töhfə verəcək addımları dəstəkləyirlər, münaqişəninAzərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasınatərəfdardırlar.

16.08.2013