“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-cü il Parlament seçkilərində keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı Bakıda treninqlərinə start verib. Oktyabrın 15-də “Ambassador Hotel”-də Yasamal rayonu ərazisində yerləşən məntəqələrində işləyəcək supervayzer və intervüerlər üçün treninlər keçirilmişdir.
Qeyd edək ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçiriir.
Xatırladaq ki, “ELS”-ın həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının aparılması üçün tələb olunan sənədlər paketi oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib və ölkə qanunvericiliyə əsasən, oktyabrın sentyabrın 29-a kimi həmin sənədlərə baxılb qərar qəbul etməlidir… FOTOQALEREYA Davamı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.
Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib. APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan “Els” Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.
Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.
“Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
