Bölmə: Ana səhifə

İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza toplanması başa çatıb

ilkham_aliev_15Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb. APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təqdim edilib. Davamı

17.08.2013

Türkdilli ölkələr Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə tərəfdardır

92784014268582906ed22a459a776fafTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələsammitinin yekun Bəyannaməsində Dağlıq Qarabağmünaqişəsinə dair maddə yer alıb. Türkdilli DövlətlərinƏməkdaşlıq Şurasının (TÜRKKON) Qəbələ şəhərindəkeçirilən sammitinin yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə qeyd olunub. APA-nın məlumatına görə, sənədin 13-cümaddəsində bu münaqişəyə həsr olunub. Davamı

16.08.2013

Rusiyalı siyasi ekspert: “Vladimir Putinin Bakıya səfəri Azərbaycan-Rusiya münasibətlərin gərgin olması barədə fikirləri alt-üst etdi”

putin222Moskva. Fərid Əkbərov-APA. Rusiyalı siyasi ekspertlər Vladimir Putinin Bakı səfərini şərh ediblər. Moskva Karnegi Mərkəzinin üzvü, məşhur rusiyalı politoloq, professor Aleksey Malaşenko APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Rusiya prezidentinin Bakıya səfəri olduqca önəm daşıyır: “Bu səfər Rusiyanın Azərbaycan dövlətinə və hakimiyyətinə dəstəyinin göstəricisidir. Vladimir Putin üçüncü dəfə prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana etdi. Bu Rusiyanın Azərbaycana nə qədər önəm verdiyini sübut edir. Lakin bu o demək deyil ki, Rusiya digər Cənubi Qafqaz ölkəsi olan Ermənistanla münasibətlərə önəm vermir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli strateji ölkəsidir. Qərbin, xüsusi ilə də ABŞ-ın bu ölkədə maraqları güclüdür. Rusiya da istəmir ki, Azərbaycanı bir tərəfdaş kimi itirsin. Çünki, Rusiya dövləti başa düşür ki, Yaxın və Orta Şərqdə, Qafqazlarda siyasətin həyata keçirməsində Azərbaycanın onun yanında olması olduqca vacibdir”.  Davamı

15.08.2013

Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir

seckilerAzərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. Prezidentliyə iddialılar öz sənədlərini avqustun 20-dən sentyabrın 9-na kimi MSK-ya təqdim etməlidirlər. Davamı

13.08.2013

Şərqdə opera yazan ilk qadın-bəstəkar dünyasını dəyişdi

Shafiqa_2Uzun müddətdir səhhətində problemlər yaşanan Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artisti Şəfiqə Axundova 89 yaşında dünyasını dəyişib.

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində tanınmış mədəniyyət xadimi Qulam Axundovun ailəsində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. 89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Davamı

27.07.2013